Göygöldə 27 yaşlı qız itkin düşdü

Göygöl rayonunda gənc qız itkin düşüb.

ONN media xəbər verir ki, hadisə rayonun Qırıxlı kəndində qeydə alınıb.

Kənd sakini – 1992-ci il təvəllüdlü Maviyyə İmanquliyeva sentyabrın 15-də axşam saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Ailə üzvlərinin dediyinə görə, M.İmanquliyeva ruhi xəstədir.

Faktla bağlı araşdırma aparılır.