Göygöldə dəhşətli qəza- Ölənlərin sayı 6-a çatdı

Göygöldə dəhşətli yol qəzası baş verib. Nəticədə 6 nəfər dünyasını dəyişib.

ONN media xəbər verir ki, qəza Hacıməlik qəsəbəsində baş verib.

DAF markalı yük avtomobili VAZ-2107 markalı minin maşını ilə toqquşub.

Qəza nəticəsində minik maşınında olan 6 nəfər dünyasını dəyişib.

Onlardan 2- hadisə yerində, 4-ü isə xəstəxanada dünyasını dəyişib. Ölənlərdən 3-nün bir ailənin üzvləri olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.