ONN İnformasiya Agentliyi

Gürcüstanda texniki xidmət qatarı aşıb, ölən və yaralananlar var

Gürcüstanda texniki xidmət qatarı aşıb, ölən və yaralananlar var
27 May 2023 - 18:17

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstanın Tsalka rayonundan keçən seksiyasında texniki xidmət qatarı relsdən çıxaraq aşıb.

ONN media Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, ötən gün baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ölən şəxsin və xəsarət alanların Azərbaycan vətəndaşları olduğu bildirilir.

Dəmir yolu xəttinin sözügedən seksiyasında tikinti işlərinin Azərbaycan Dəmir Yolları şirkəti tərəfindən aparıldığı bildirilib.

Faktla əlaqədar cinayət işi açılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png