Hərbçimiz avtomobil qəzasında həlak oldu

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Tovuz rayon Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Emin Nizami oğlu Məmmədov qəza nəticəsində dünyasını dəyişib.

E.Məmmədov Azərbaycan Ordusunun hərbi qulluqçusu olub.