Hərbi hissədə partlayış-Ölənlər var

Pakistanda hərbi hissədə partlayış nəticəsində azı 11 nəfər ölüb, 13 nəfər yaralanıb. ONN medianın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Pakistanın Svat bölgəsində baş verib.

Məlumata görə, terrorçu-kamikadzenin hücumu nəticəsində 3 hərbçi hadisə yerində ölüb, daha 8 yaralı isə sonradan xəstəxanada keçinib.  

Partlayış idman meydançasında törədilib.