ONN İnformasiya Agentliyi

Həbs edilən icra başçısı və müavinindən YENİ XƏBƏR VAR

Həbs edilən icra başçısı və müavinindən YENİ XƏBƏR VAR
19 Yanvar 2021 - 14:06

Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin və icra başçısının birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi üzrə materiallar araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilb.

ONN media  xəbər verir ki, cinayət işi hakim Məhəmməd Bağırovun icraatındadır. Sabiq icra başçısı və müavinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilməliydi. Lakin iclas başlamadan yanvarın 29-na təxirə salınıb.

Külli miqdarda rüşvət almaqda ittiham olunan Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2019-cu ilin dekabrında həbs ediliblər. DTX-nin o vaxt yaydığı əməliyyat çəkilişlərinə əsasən Ramiz Tatarov icra başçısının kabinetində müti görkəm alaraq yerli icra nümayəndələrindən yığdığı pulları ona təqdim edir, habelə “otkat” və digər korrupsiya məsələləri üzrə haqq-hesab aparırlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png