ONN İnformasiya Agentliyi

Hava limanında qanunsuz mobil telefonlar və elektronika malları aşkarlandı

Hava limanında qanunsuz mobil telefonlar və elektronika malları aşkarlandı
11 İyul 2019 - 20:07

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları külli miqdarda mobil telefonların və elektron əşyaların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən ONN media -ya bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 1 ədəd “Samsung A50” markalı mobil telefon gətirdiyini bəyan edib.

Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajdan və əl yüklərindən bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 6 ədəd plata, 40 ədəd mobil telefon ekranı, 2 qutu simsiz “AirPods” qulaqlıqları, 10 ədəd portativ enerjiyığma cihazı, 6 ədəd yaddaş kartı, 50 ədəd 32 GB və 5 ədəd 128 GB fləşkart, üzərindəki gödəkçənin ciblərindən isə 4 ədəd “İphone” markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png