Helikopter qəzaya uğradı

Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyəyə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində iki hərbçi həlak olub.

ONN media-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin baş Qərargahı məlumat yayıb. Bildirilir ki, helikopterin qəzaya uğraması nəticəsində iki hərbçi şəhid olub: "Hazırda hadisə ilə bağlı texniki heyət tərəfindən araşdırma aparılır".