Hövsan yolunda ağır qəza baş verdi

Bu gün Bakının Suraxanı rayonunda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, Zığ-Hövsan yolunda “Mercedes” markalı avtomobil 103 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb.

Nəticədə nəqliyyat vasitələri yararsız hala düşüb. Qəza zamanı xəsarət alanların olub-olmadığı hələlik dəqiqləşməyib.