ONN İnformasiya Agentliyi

İçində azərbaycanlıların da olduğu gəmi Qara dənizdə qəzaya uğradı

İçində azərbaycanlıların da olduğu gəmi Qara dənizdə qəzaya uğradı
01 Fevral 2018 - 10:52

Qara dənizin Krım yarımadasına yaxın hissəsində Moldovaya məxsus quru yük gəmisi qəzaya uğrayıb.

ONN media “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində gəminin korpusu zədələnib.

Gəmidə olan 12 ekipaj üzvü evakuasiya edilib.

"12 nəfərlik ekipajla “Berq” quru yük gəmisinin korpusu zədələr alıb”, – agentliyin həmsöhbəti deyib.

O əlavə edib ki, ekipajın tərkibinə Ukrayna və Azərbaycan vətəndaşları daxil idi. Hazırda gəmi lövbərdədir və korpusun müayinəsi həyata keçirilir. Hadisənin səbəbləri araşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png