ONN İnformasiya Agentliyi

İki bacının öldüyü yanğınla bağlı rəsmi məlumat

İki bacının öldüyü yanğınla bağlı rəsmi məlumat
03 Dekabr 2017 - 18:06

Fövqəladə Hallar Nazirliyi (FHN) Salyanda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

ONN media FHN-in saytına istinadən xəbər verir ki, Salyan rayonu, Boranıkənd kəndində ümumi sahəsi 162 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə Novruz qızı və 2013-cü il təvəllüdlü Bəhrəmli Ceyranxatun Novruz qızının yanmış cəsədləri aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png