ONN media

İmişlidə maşın kanala düşdü: 5 ölü – Siyahı

İmişlidə maşın kanala düşdü: 5 ölü – Siyahı
09 Sentyabr 2019 - 11:15

İmişli rayonunda dəhşətli yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğlu idarə etdiyi “Opel Vectra” markalı 10 TN 845 dövlət nömrə nişanlı avtomobildə idarəetməni itirib və avtomobil yoldan çıxaraq ərazidən keçən su kanalına aşıb.

Hadisə nəticəsində sürücü və sərnişinləri – sürücünün qardaşı, 1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Məmmədova Mərziyyə Əmiraslan qızı, 1991-ci il təvəllüdlü Məmmədov Elnur Etibar oğlu və 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı boğularaq ölüblər.

Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png