İmişlidə yanğın

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, İmişli rayonunda həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.