ONN İnformasiya Agentliyi

İmişlidə ağır qəza: Ölən var – FOTO

İmişlidə ağır qəza: Ölən var – FOTO
19 Noyabr 2017 - 13:45
Bu gün İmişli rayonunun Bəhramtəpə qəsəbəsində su anbarı yaxınlığında qəza olub.
ONN media APA-ya istinadla xəbər verir ki, “Mercedes” və  “VAZ” markalı minik avtomobilləri toqquşub.
Nəticədə 1 nəfər hadisə yerində ölüb, 2 nəfər yaralanıb.
Ölən və yaralananların şəxsiyyəti məlum olub.
Cəbrayıl rayon sakini, 1964-cü il təvəllüdlü Məhərrəmov Elxan Qafar oğlu həyatını itirib.
İmişlidə məskunlaşan Cəbrayıl rayon sakini, 1957-ci il təvəllüdlü Hüseynov Qorxmaz İbrahim oğlu, İmişli rayon Sarxanlı kənd sakini, 1977-ci il təvəllüdlü  Cabbarov Qabil Aydın oğlu isə yaralanıb.
Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png