İndoneziyada güclü zəlzələ olub

Dekabrın 16-na keçən gecə İndoneziyanın Yava adasının cənub sahillərində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində Çiamis dairəsində (Qərbi Yava əyaləti) azı 1 nəfər ölüb.

ONNmedia  bildirir ki, bu barədə yerli Təbii Fəlakətlərin Qarşısının alınması üzrə Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroxoya istinaadən "Channel NewsAsia" məlumat yayıb.
Telekanalın məlumatına görə, ölən şəxsin 62 yaşı olub.
Bildirilir ki, paytaxt Cakartada da hiss olunan yeraltı təkanlar nəticəsində həmçinin 5 nəfər xəsarət alıb.