ONN İnformasiya Agentliyi

İranda etirazlar zamanı ölənlərin sayı 20 nəfərə çatdı

İranda etirazlar zamanı ölənlərin sayı 20 nəfərə çatdı
02 Yanvar 2018 - 11:39

İranda keçirilən etiraz aksiyaları zamanı bu gecə daha 9 nəfər ölüb.

ONN media Trend-ə istinadən bildirir ki, bununla da aksiyalarda ölənlərin sayının 20 nəfərə çatdığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamhani etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanının dayandığını bildirmişdi. O, etirazların bir neçə gündən sonra başa çatacağını deyib.

Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png