İranda zəlzələ: 20 nəfər xəsarət aldı

İranın qərbində 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 20 nəfər xəsarət alıb.

ONN media xəbər verir ki, yeraltı təkanlar gündüz saatlarında Kermanşah əyalətinin Sərpol Zəhab şəhərindən 8 km cənub-şərqdə, yerin səthindən 40 km dərinlikdə qeydə alınıb.

Məlumata görə, zəlzələ zamanı 17 nəfər şəhərdə, daha 4 nəfər isə kənd ərazidə xəsarət alıb.