İranda zəlzələ olub

İranın şimalında 4,2 bal gücündə zəlzələ baş verib.

ONN media-nın Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Malard şəhərindən 19 kilometr cənub-qərbdə, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.