İsmayıllı rayonunda zəlzələ olub

Dekabrın 23-də İsmayıllı rayonu ərazisində 4 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ONN media-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 18:10:42-də qeydə alınıb.

Ocağı 8 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.