ONN İnformasiya Agentliyi

İstintaq təcridxanasına psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

İstintaq təcridxanasına psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
05 Fevral 2018 - 12:16

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

ONN medianın məlumatına görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Heybətov Akif Nadir oğluna həyat yoldaşı Heybətova Tünzalə Zakir qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən çantanın cibində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0,14 qram psixotrop metadon həbləri və 0,275 qram toz halında metamfetamin psixotrop maddəsi aşkar edilib.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png