ONN İnformasiya Agentliyi

İtkin düşən alpinistlərin axtarışlarına əlavə qüvvələr cəlb olundu

İtkin düşən alpinistlərin axtarışlarına əlavə qüvvələr cəlb olundu
28 Dekabr 2017 - 10:59

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxan və bir daha geri qayıtmayan "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam etdirilir.

Bu gün səhər saatlarında axtarışlara yenidən start verilib. Həmin şəxslərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və alpinistlər cəlb olunub.

Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.

Qərargaha Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev rəhbərlik edir. (apa)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png