Kahramanmaraşda yenə zəlzələ oldu

Türkiyənin Kahramanmaraş vilayətinin Ekinözü rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə AFAD (Təbii Fəlakət və Fövqəladə Halların İdarə edilməsi İdarəsi) xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 7 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, Kahramanmaraşda bir neçə gün öncə də zəlzələlər baş vermişdi.