Kanadada avtomagistralda 50 maşın toqquşub

Kanadada avtomagistralda 50-yə yaxın nəqliyyat vasitəsi toqquşub.

APA-nın CBC-yə istinadən verdiyi xəbərə görə,  Monreal şəhərində qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər ağır xəsarət alıb.

Hadisəyə yolun buz bağlaması səbəb olub. Qəzanın baş verdiyi yol bağlanıb.