ONN İnformasiya Agentliyi

Keçiddən keçməməyin nəticəsi ağır oldu

Keçiddən keçməməyin nəticəsi ağır oldu
11 Yanvar 2018 - 8:31

Bakıda hava limanı istiqamətində gedən yolun Sabunçu rayonu ərazisinə düşən hissəsində piyadanı avtobus vurub.

ONN media xəbər verir ki, 17 yaşlı Vəliyev Vüsal Taryel oğlu sürət həddi 120 km/saat olan yolda yerüstü piyada keçidindən istifadə etməyərək, piyadalar üçün müəyyən edilməmiş yerdən keçib.

Nəticədə özəl şirkətlərin birinə məxsus "Hyundai" markalı sərnişin avtobusu onu vurub. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png