ONN İnformasiya Agentliyi

Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
13 May 2020 - 22:13

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

ONN media  nazirliyə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Bundan başqa Yasamal rayonunda bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlı da Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən xilas edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png