Köpək balığı gənc oğlanı parçaladı

Kuba sahillərində köpək balığı gənc oğlana hücum edərək onu parçalayıb.
ONN media “RİA Novosti”yə istinadən xəbər verir ki, şəxsiyyəti hələ müəyyən edilməyən 22 yaşlı gənc oğlan digər istirahət edənlərlə birgə Quardalavaka çimərliyindən cəmi 3 metr aralıda çimib. Bu zaman gözlənilmədən ona köpək balığı hücum edib. Ətrafdakılar qışqırıq səslərini eşidib kişiyə köməyə gediblər.
Onlar zərərçəkəni dəniz yırtıcısının dişindən xilas edə biliblər, lakin köpək balığı oğlanın ombasını dərin yaralayıb.
Kişi xəstəxanaya yerləşdirilib, lakin 20 faizdən çox qan itirdiyi üçün orada keçinib.
Bu, Kubada son 60 il ərzində köpək balığı hücumundan qeydə alınan ilk ölüm halıdır.