Küçəyə atılan yeni doğulmuş körpədən NƏ XƏBƏR VAR?

“Ağcabədi rayonunda küçəyə atılan körpənin səhhəti hazırda yaxşıdır”.

Bunu açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib. O bildirib ki, körpənin çəkisi normadan bir qədər az olub:

“Körpə artıq qidalandırılıb, ona qulluq göstərilib, vəziyyəti yaxşıdır”, – deyo o söyləyib.

Qurum rəsmisi hələ uşağın valideynlərinin tapılmadığını bildirib.