Kürdəmirdə ağır qəza olub: Yaralananlar var

Kürdəmir rayonu ərazisində avtomobil aşıb, 3 nəfər xəsarət alıb.

ONN media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Gəncə şəhər sakini, 29 yaşlı Bəxtiyar Zaur oğlu Əhmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillə yolda hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Nəticədə, sürücü və avtomobildə olan iki sərnişin – Gəncə şəhər sakinləri – 28 yaşlı Səbinə Vaqif qızı Əhmədova və 60 yaşlı Yeganə Məmməd qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır