Kürdəmirdə qəza: piyada öldü, sürücü qaçdı

Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 200-cü kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkət edən naməlum avtomobil yolu keçmək istəyən piyadanı vurub və o, hadisə yerində ölüb. Sürücü hadisə yerindən qaçıb. Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.