Lənkəranda doqquz yaşlı uşaq faciəvi şəkildə öldü: Ata həkimə hücum etdi

Azərbaycanda doqquz yaşlı uşaq faciəvi şəkildə ölüb.

ONN media xəbər verir ki, hadisə Lənkəran rayonu, Beleton kəndində qeydə alınıb. Kənd sakini 9 yaşlı Nemət Quluzadə yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb.

Qardaşı tərəfindən təcili xəstəxanaya çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun atası Zöhrab Quluzadə buna görə rayon xəstəxanasının həkimi Cəmil İbadullayevi döyüb.

Faktla bağlı araşdırma aparılır.