Lənkəranda döyülən qadınlardan biri öldü

Lənkəranda döyülən qadınlardan biri dünyasını dəyişib.

APA-nın cənub bürosunun xəbərinə görə, anası ilə birgə döyülərək xəstəxanaya yerləşdirilən Samirə Miriyeva aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Bundan əvvəl xəbər verildiyi kimi, hadisə Liman şəhərində baş verib.

1949-cu il təvəllüdlü Humay Qarayeva və onun qızı, 1972-ci il təvəllüdlü Samirə Miriyeva məlum olmayan şəraitdə döyülüb.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ana və qızının vəziyyəti ağır olduğundan onlar ilkin tibbi yardımdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.