Lerikdə ağır yol qəzası baş verdi

Lerik rayonunun Siyov kəndində sərnişin yük maşınından yıxılaraq ölüb.

ONN media xəbər verir ki, 1989-cu il təvəllüdlü Pərviz Tofiq oğlu Höccətov hərəkətdə olan yük maşınının arxasından yerə yıxılıb.

O, hadisə nəticəsində ağır-kəllə beyin travması alıb.

P.Höccətov yaralı vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.