Liftdə həyəcanlı anlar

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 3 nəfər, Səbail rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftlərdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.