Lökbatanda ölümlə nəticələnən HADİSƏ

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən ONN media -ya verilən məlumata görə, yanvarın 20-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Neftçala rayon sakini Elsevər Mehdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Asif Allahverdiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.