ONN İnformasiya Agentliyi

Məktəbdə təhlükəli anlar: Şagirdlər təxliyə edildi

Məktəbdə təhlükəli anlar: Şagirdlər təxliyə edildi
19 Yanvar 2024 - 12:21

Mingəçevirdə məktəbdə tüstülənmə baş verib.

ONN media xəbər verir ki, hadisə Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə qeydə alınıb.

Şagirdlər polislər və məktəb rəhbərliyinin köməyi ilə təxliyə ediliblər.

Valideynlər bildiriblər ki, bu, 8 saylı tam orta məktəbdə tədris ili başlayandan artıq ikinci analoji hadisəsidir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, bununla bağlı qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 saylı orta məktəbin 3-cü mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik açarında qısaqapanma olduğu müəyyən olunub.

Yanğın hadisəsi qeydə alınmayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png