ONN İnformasiya Agentliyi

Mənşəyi bilinməyən yararsız ət saxlanıldı — Ağsuda

Mənşəyi bilinməyən yararsız ət saxlanıldı — Ağsuda
19 Yanvar 2018 - 18:55

Ağsu rayonunda mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət müsadirə edilib.

Bu barədə Ağsu rayon Polis Şöbəsindən ONN media-ya açıqlama veriblər. Polis əməkdaşları bu gün Kərimov Ədalət Səlim oğlunun idarə etdiyi 10-JD-073 dövlət nömrə nişanlı, “UAZ” markalı yük avtomobilini Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 157-ci kilometrliyində saxlayaraq ona baxış keçiriblər. Məlum olub ki, avtomobildə çəkisi bir ton olan, mənşəyi məlum olmayan heyvan əti aparılır. Əraziyə gələn Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri heyvan ətinə baxış keçirərək onun qida üçün tam yararsız olduğunu bildiriblər. İlkin dindirmələr zamanı Ə.Kərimov ətin Kürdəmir rayonuna satış məqsədilə aparıldığı məlum olub. Antisanitar şəraitdə aparılan ət müsadirə edilib.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png