Marşrut avtobusundan qədim pullar tapıldı – Foto

“BakuBus” avtobusunun salonundan Azərbaycanın qədim dövrünə aid (Albaniya dövlətinə məxsus olduğu güman edilən) maddi mədəniyyət numunələri – gümüş və mis pullar tapılıb.
Bakubus MMC-dən ONN media-ya verilən məlumata görə, bununla bağlı artıq Milli Azərbaycan Tarixi Muzeyinə məlumat verilib.
Tapılan tarixi eksponatlar qanunvericiliyə uyğun şəkildə aidiyyəti üzrə təqdim olunacaq.