Masallıda yanğın

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,Masallı rayonunun Göyəçöl kəndində ümumi sahəsi 210 m2 olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 55 m2 sahədə, ikinci mərtəbədə 3 otağın və dəhlizin yanar konstruksiyaları 105 m2sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.