ONN İnformasiya Agentliyi

Maşın traktora çırpıldı – Xəsarət alanlar var

Maşın traktora çırpıldı – Xəsarət alanlar var
25 Sentyabr 2018 - 23:47

Axşam saatlarında Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ONN media report -a istinadən bildirir ki, rayonun Alçalı kəndi ərazisi ilə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil qarşıda gedən qoşqulu traktora çırpılıb.

Nəticədə avtomobildə olan rayonun Sarvan kənd sakinləri – 1995-ci il təvəllüdlü Qafarov Rabil Habil oğlu, 1989-cu il təvəllüdlü Əmənov Nazim Qabil oğlu və 1994-cü il təvəllüdlü Quliyev Pərvin İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png