ONN İnformasiya Agentliyi

Meksikada silahlı toqquşma: 12 ölü

Meksikada silahlı toqquşma: 12 ölü
08 Yanvar 2018 - 9:01

Meksikanın Qerrero ştatında yerli sakinlərlə özünümüdafiə qüvvələri arasında baş verən silahlı toqquşma nəticəsində ən azı 12 nəfər öldürülüb, 1-i yaralanıb.

ONN media "RİA Novosti"yə istinadən xəbər verir ki, qarşıdurma Akapulko şəhəri yaxınlığındakı Konsepsyon qəsəbəsi ərazisində baş verib.

Özünümüdafiə dəstəsi qəsəbəyə daxil olaraq dörd yerli sakini öldürüb. Kəndlilər də buna cavab olaraq odlu silahdan istifadə ediblər və dəstənin 8 döyüşçüsünü güllələyiblər. Hazırda hadisə yerinə polis qüvvələri, dəniz piyadaları və ordu göndərilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png