Metroda HƏYƏCANLI ANLAR

Bu gün səhər saat 08:30-da Bakı metropoliteninin "Nərimanov" stansiyasında 18-20 yaşlarında oğlan huşunu itirib.

Bu barədə Publika.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O bildirib ki, ciddi heç bir problem olmayıb: "Qatar stansiyaya yaxınlaşan zaman sərnişinlərdən birinin halı pisləşib. Amma ciddi bir şey olmayıb. Oğlanı qatardan çıxarıblar. Təcili yardım çağrılıb. Qısa müddətdə gənc oğlan özünə gəlib. Yenidən qatara minib və yoluna davam edib".