ONN İnformasiya Agentliyi

Metroda hadisə- Polis və sərnişin arasında dava

Metroda hadisə- Polis və sərnişin arasında dava
02 İyun 2020 - 13:19

Bakı metrosunda polislə sərnişin arasında mübahisə yaranıb.

ONN media xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb. 

Paylaşım edən şəxs hadisənin ötən gün “Qara Qarayev” stansiyasında baş verdiyini qeyd edib.

İddiaya görə, metronun “Qara Qarayev” stansiyasında polislərlə vətəndaşlar arasında gərginlik yaranıb. 

Videogörüntüdə iki polis əməkdaşının sərnişinlərdən birini qatardan çıxarmağa çalışdığı əks olunub. Polisin hansı səbəbdən sərnişinlə mübahisə etməsi və onu qatardan çıxarmağa çalışması məlum deyil.

İlkin məlumata görə, sərnişin platformada olarkən tibbi maskadan istifadə etməyib. Polis əməkdaşı ona yaxınlaşaraq, profilaktik söhbət aparıb, onun karantin qaydalarına riayət etməsini xahiş edib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png