ONN İnformasiya Agentliyi

Metroda sərnişinlər qatardan niyə düşürdüldü?

Metroda sərnişinlər qatardan niyə düşürdüldü?
29 İyun 2022 - 19:52

ONN media xəbər verir ki, bu gün saat 19:00 radələrində metronun “Sahil” stasiyasında gərgin anlar yaşanıb.

Sərnişinlərin verdiyi məlumata görə, “İçərişəhər” – “Həzi Aslanov” istiqamətində hərəkətdə olan qatarda anidən nasazlıq yaranıb.

Belə ki, qatar “İçərişəhər”dən “Sahil”ə doğru hərəkətdə olarkən müxtəlif səslər eşidilməyə başlayıb. Bu zaman sərnişinlər arasında panika yaşanıb. “Sahil” stansiyasında sərnişinlərdən dərhal qatarı tərk etmələri xahiş olunub.

Daha sonra qatar “Depo”ya yola salınıb. Xəttə əlavə qatar buraxılıb. Bununla belə, qatarlararası intervalda ləngimə yaranıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  açıqlamasında faktı təsdiqləyib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, “İçərişəhər”-“Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının işarəvermə sistemi anidən işə düşüb.

“Maşinist təlimat tələbinə uyğun olaraq, sərnişinləri “Sahil” stansiyasında düşürüb və yoluna davam edib. Qatarda hər hansısa problem müşahidə olunmasa da, təkrar yoxlama üçün qatar xətdən çıxarılıb. Əvəzinə qatar verilib. Bu səbəbdən “Nəriman Nərimanov”-“Həzi Aslanov” istiqamətində bir marşrut üzrə intervaldan əlavə 2 dəqiqə fərq yaranıb”, B.Məmmədov bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png