Mingəçevirdə ağır qəza olub- ÖLƏNLƏR VAR

Mingəçevir şəhərində yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

ONN media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yanvarın 13-ü axşam saat 18 radələrində Mingəçevir şəhərinin Samux küçəsində Ülvi Hətəmovun idarə etdiyi “Mersedes” və Əhməd Əhmədovun idarə etdiyi QAZ-3110 markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, eləcə də nəqliyyat vasitələrində olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sonradan QAZ-3110 markalı avtomobildəki sərnişinlərdən biri, 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.