ONN İnformasiya Agentliyi

Moldovada Səhiyyə Nazirliyinin vəzifəliləri və həkimlər həbs ediliblər

Moldovada Səhiyyə Nazirliyinin vəzifəliləri və həkimlər həbs ediliblər
12 Fevral 2018 - 7:42

Moldovanın paytaxtı Kişineuda dərman fırıldağında ittiham edilən 9 nəfər həbs edilib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, şəhər məhkəməsinin qərarı ilə 3 nəfər istintaq təcridxanasına göndərilib, 6 nəfər barəsində isə ev dustaqlığı hökmü çıxarılıb.

Həbs olunanlar arasında Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri, həkimlər və əczaçılıq şirkətinin nümayəndələri də var.

İstintaq zamanı onlar barəsində ittiham təsdiqlənərsə, barələrində 6 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png