Moskvada güclü yanğın – Ölənlər və yaralılar var

Bu gecə Moskvada çoxmərtəbəli binada yanğın baş verib.

ONN media "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Novokosinskaya küçəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Yaralıların vəziyyətləri barədə məlumat verilmir.

Hadisənin səbəbləri araşdırılır.