Moskvadan Bakıya uçan təyyarədə həyəcanlı anlar

AZAL-dan  verilən məlumata görə, texniki nasazlıq uçuşdan sonra aşkar edilib və bununla əlaqədar olaraq hava gəmisinin komandiri "Vnukovo" hava limanına qayıtmaq barədə qərar qəbul edib.

“Bu reysin sərnişinləri Bakıya daha tutumlu təyyarə ilə yerinə yetiriləcək bugünkü J2-809 reysi ilə göndəriləcək. Planlaşdırılmış uçuş vaxtı Bakı vaxtı ilə saat 16:30, Vnukovo aeroportuna eniş isə yerli vaxtla saat 18:40-dır. Qeyd edək ki, lazım gələrsə, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinlərinin bütün lazımi ehtiyacları təmin olunacaq,” – deyə məlumatda qeyd olunub.