ONN İnformasiya Agentliyi

Musa Yaqubla vida mərasimi keçirilir

Musa Yaqubla vida mərasimi keçirilir
08 May 2021 - 12:53

Azərbaycanın Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilir.

ONN media  xəbər verir ki, mərasim mərhumun yaşadığı İsmayıllı rayonunun Buynuz kəndində – evində təşkil edilib.

Vida mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, deputatlar Novruzəli Aslanov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Xalq şairi saat 12:00-da vəsiyyətinə uyğun olunaraq Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, M.Yaqub mayın 7-də uzun sürən xəstəlikdən sonra 84 yaşında dünyasını dəyişib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png