Naxçıvan-Ermənistan sərhədində GÜCLÜ ZƏLZƏLƏ oldu

Ötən gecə saat 23:23-də Naxçıvan Muxtar Respublikasında baş verən zəlzələ Ermənistanda da hiss olunub.

ONN media  xəbər verir ki, Ermənistanın seysmoloji xidməti yanvarın 21-dən 22-nə keçən gecə Ermənistan-Naxçıvan sərhədi yaxınlığında 5 bal gücündə yeraltı təkanların qeydə alındığını bildirib.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Daha sonra 3-4 bal gücündəki avterşoklar Vayk və Yeqeqnadzor şəhərlərində, Sünikin bir neçə yaşayış məntəqəsində hiss olunub.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Naxçıvandakı yeraltı təkanların 4 bal gücündə olduğunu açıqlayıb.