İran ərazisində baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında da hiss olunub.
ONN media xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 km cənub-qərbdə, İranın Xoy şəhərində qeydə alınıb.
Zəlzələ Naxçıvan MR-də 4-3 bala qədər hiss olunsa da, hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.